Bia.Az

170 min nəfər 300 manatdan aşağı maaş alır: Ölkənin iqtisadi mənzərəsi

İqtisadiyyat
 30-08-2023, 18:53     672

Dövlət Statistika Komitəsi (DSK) bu yaxınlarda ölkəmizin əmək bazarı ilə bağlı məlumatlarına dəyişiklik edib. Komitənin ötənilki əmək bazarına dair hesabatında 2022-ci ildə Azərbaycanda minimum əməkhaqqından aşağı alanların sayının artdığı görünür. Hazırda ölkəmizdə minimum əməkhaqqı 345 manatdır, ötən il isə 300 manat olub. DSK-nın məlumatına görə, 2022-ci ildə ölkədə maaşla çalışan işçilərin 10 faizdən çoxunun – təxminən 170 min nəfərin maaşı həmin məbləğdən az olub. Statistikaya əsasən, bu göstərici 2021-ci illə müqayisədə artıb.

Qanuna əsasən heç bir işçiyə minimum əməkhaqqında aşağı məbləğdə maaş ala bilməz. Bəs, bu nə qədər doğrudur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır və ya atılmalıdır?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov vurğulayıb ki, heç kəs işçiyə yaşayış minimumundan aşağı maaş verə bilməz: “Biri var minimum əmək haqqı, biri də var yaşayış minimumu. Bunlar biri-birindən fərqli anlayışlardır. Heç kəs yaşayış minimumundan aşağı maaş verə bilməz. Bu istiqamətdə göstərişlər var. Hətta mən bilirəm ki, Sosial Müdafiə Nazirliyi bununla əlaqədar yoxlamalar aparır. Belə hallar olduqda maaşın niyə az yazılması ilə bağlı etiraz bildirilir. İkili münasibət məsələsi də var. İndi belə problem var. Bəzi şirkət rəhbərləri vergi ödəməmək üçün işçiyə az maaş yazırlar. Beləliklə də, az vergi verirlər. Belə məsələlər də var. Sosial Müdafiə Nazirliyi yoxlamalar apararaq bu məsələ ilə ciddi mübarizə aparırlar. Yaşayış minimumundan aşağı heç kəsə maaş yazıla bilməz.  Hər kəs başa düşməlidir ki, bu dövlət başçısının göstərişidir və icra edilməlidir”.
 

Vahid Əhmədov qeyd edib ki, bəzən fərdin bir neçə yerdə işləməsi də belə hallara səbəb ola bilir: “Bu gün Azərbaycanda elə şəxslər var ki, 3-4 yerdə işləyir. Belə şəxslər başqa digər iş yerlərində yarımştat işləyir. Bu da variant ola bilər. Ancaq elə etmək lazımdır ki, yaşayış minimumundan, minimum əmək haqqından aşağı olmasın”.

İqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, minimum əmək haqqının hansı hallarda tətbiq olunduğu məsələsinə diqqət yetirmək lazımdır: “Məsələn bir müəllimin 5 saat dərs saatının olması onun minimum əməkhaqqı almasına əsas ola bilməz. Eyni zamanda yarımştat, yaxud günəmuzd çalışan işçinin də minimum əməkhaqqı alması mütləqdir deyə bir şey yoxdur. Minimium əməkhaqqı miqdarında olan məbləğ tam ştatda olan işçilərə aiddir. Yəni bir ay səhərdən axşama kimi işləyənlər minimum əməkhaqqı ala bilər. Bu gün minimum əməkhaqqının qiyməti x manatdırsa, yarımştat işləyən şəxsin əməkhaqqı x:2 olacaq. Yaxud dərs saatında spesifik saatlara görə ödənilən məbləğ var. Onlar tamamlandıqda minimum əməkhaqqından yuxarı təyin olunur. Ona uyğun olaraq hər saat üçün ayrıca məbləğ çıxarır. Yəni minimum əməkhaqqının verilməsi yalnız bu hallarda mümkündür”.скачать dle 12.1