Bia.Az

Tiflisdə leysan həyatı iflic etdi - Video

Dünya
 30-08-2023, 02:40     326

Güclü leysan və onun gətirdiyi sel Tiflisdə də ciddi fəsadlar törədib.

Axar.az xəbər verir ki, küçələri və evləri sel suları basıb, elektrik xətləri zədələnib.

Meriya təbii fəlakətlə bağlı vəziyyətdən dolayı qaynar xətt yaradıb.

Yeraltı keçidlərin su altında qaldığı, ağacların aşdığı və elektrik xətlərinin zədələnməsi ilə bağlı ilkin məlumatlar var.

Meriyanın bütün rayonlardakı xidmətləri, Fövqəladə Hallar İdarəsi səfərbər olunub və yaranmış problemləri aradan qaldırmağa çalışır.

скачать dle 12.1