Bia.Az

Rusiyada hava limanı partladıldı - FOTO, VİDEO (YENİLƏNİB)

Dünya
 30-08-2023, 02:25     319

Rusiyanın Pskov şəhərinin hava limanına dronlarla hücum edilib. 

Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Çerexa mikrorayonunun yerli sakinləri güclü partlayışların baş verdiyini bildiriblər. 

Sosial şəbəkələrdə Pskov hava limanında baş verən partlayışlardan sonra baş verən yanğının videosu da yayılıb. Hücum yerli vaxtla saat 23.40-da başlayıb.

Qırx dəqiqə ərzində bölgənin qubernatorunun vəziyyətə heç bir reaksiya vermədiyi bildirilib. Nəhayət açıqlama verən Pskov qubernatoru Vedernikov xəsarət alan olmadığını qeyd edib. O, bildirib ki, dağıntının miqyası dəqiqləşdirilir.

Qeyd edək ki, Ukrayna tərəfi hücumla bağlı açıqlama verməyib. Ukrayna ilə Pskov arasındakı məsafə 800 km-dir. 
Pskov hava limanında təyyarə uçuşları dayandırılıb. 

***
Pskovda dron hücumu nəticəsində dörd "İl-76" hərbi nəqliyyat təyyarəsi zədələnib. 

Dronlardan birinin Pskov hava limanının ərazisindəki yanacaqdoldurma kompleksinə düşdüyü qeyd olunur. 
  




скачать dle 12.1