Bia.Az

150-dən çox erməni “Laçın” məntəqəsindən maneəsiz KEÇDİ

Siyasət
 28-08-2023, 14:35     316

Bu gün Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Turantv.az  xəbər verir ki, məntəqədən növbəti dəfə 150-dən artıq şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər.

Onlardan 100 yaşlı Lesmonya Arstamyan adlı qadının isə nəvəsi ilə ayrıca keçidinə şərait yaradılıb. 

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. 
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.скачать dle 12.1