Bia.Az

Türkiyədə qanlı olay: parkda 4 nəfər güllələndi

Hadisə
 28-08-2023, 00:57     506

Türkiyənin Adana şəhərində silahlı insident olub.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.скачать dle 12.1