Bia.Az

56 RAYON VƏ ŞƏHƏRDƏ YERLƏŞƏN AZƏRBAYCAN MELIORASIYA VƏ SU TƏSƏRRÜFATI ASC-NIN YERLI IDARƏ VƏ TƏŞKILATLARI TƏRƏFINDƏN ÜMUMILIKDƏ 5350 TƏNHA YAŞLIYA VƏ AZTƏMINATLI AILƏYƏ ƏRZAQ YARDIMI EDIB.

Gündəm
 29-04-2020, 11:00     265

56 RAYON VƏ ŞƏHƏRDƏ YERLƏŞƏN AZƏRBAYCAN MELIORASIYA VƏ SU TƏSƏRRÜFATI ASC-NIN YERLI IDARƏ VƏ TƏŞKILATLARI TƏRƏFINDƏN ÜMUMILIKDƏ 5350 TƏNHA YAŞLIYA VƏ AZTƏMINATLI AILƏYƏ ƏRZAQ YARDIMI EDIB.Ölkəmizdə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam edir.

Bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, son günlərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri də daxil olmaqla 56 rayon və şəhərdə yerləşən Cəmiyyətin yerli idarə və təşkilatları tərəfindən ümumilikdə 5350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib.

Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.

Keçirilən belə sosial aksiyalar ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir töhfədir.

AtaTv.azскачать dle 12.1