Bia.Az

"Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi…" - Boris Conson

Dünya
 27-08-2023, 02:08     501

“Vaqner”in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prezidenti Vladimir Putinin göstərişi olmadan baş verə bilməzdi. Bu, onu göstərir ki, Putinlə danışıqların mənası yoxdur.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

“Putin özünü qanqster kimi göstərdi və onun vaqnerçilərə televiziya vasitəsilə verdiyi absurd başsağlığı sadəcə olaraq “Xaç atası” filminin səhnəsindən götürülüb.

Bu qətllərlə Putin gözümüzün qabağında Asiya despotuna çevrilir, o, burada kimin ağa olduğunu göstərmək üçün keçmiş sevimli kadrını öldürdü”, - Conson köşə yazısında qeyd edib.

O bildirib ki, Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq:

“Putin qalib gəlsə, bu, “Qərbə etibar etmək olmaz” deyənlər üçün bəhanə olardı”.скачать dle 12.1