Bia.Az

Bakıya uçduğu iddia edilən Priqojinin təyyarəsi ilə bağlı AÇIQLAMA

Dünya
 26-08-2023, 01:17     384

“Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir əlaqəsi yoxdur”.

Musavat.com Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Jetica aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.

Əsasən “Vaqner” qrupunun “Gray Zone Telegram” kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib.

Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.

“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlamayıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov Reuters-ə bildirib.

Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisnin icarəyə verilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes reaktivinin Bakıya enişi barədə məlumat yayılmışdı.скачать dle 12.1