Bia.Az

Neftçilərin ölümü ilə bağlı araşdırma başladı

Hadisə
 25-08-2023, 11:57     438

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması və iki nəfərin suya düşərək ölməsi faktı prokurorluqda araşdırılır.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.скачать dle 12.1