Bia.Az

Gürcüstanda koronavirusdan sağalanların sayı 168-ə çatdı

Dünya
 29-04-2020, 12:09     391

Gürcüstanda koronavirusdan sağalanların sayı 168-ə çatdı
Gürcüstanda koronavirusdan daha 12 pasiyent sağalıb.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, bununla da Gürcüstanda COVID-19 infeksiyasından sağalanların ümumi sayı 168-ə çatıb.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 511 nəfər yoluxub ki, onların da 6-sı ölüb. Karantində 5 085, stasionar nəzarətdə isə 558 nəfər saxlanılır.скачать dle 12.1