Baş nazir onu necə fikrindən daşındırdı? - İntihara cəhd edən şəxs danışdı - VİDEO » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:17 / 01 avq 08:25musahibe

Baş nazir onu necə fikrindən daşındırdı? - İntihara cəhd edən şəxs danışdı - VİDEO



Baş nazir onu necə fikrindən daşındırdı? - İntihara cəhd edən şəxs danışdı - VİDEO














Ötən gün intihara cəhdinin baş nazir Novruz Məmmədov tərəfindən qarşısı alınmış şəxs "Xəzər Xəbər"ə danışıb.

Xezerxeber.az bildirir ki, 49 yaşlı Yaşar Əhmədov, nə üçün belə bir addım atdığını və baş nazirin onu necə fikrindən daşındırdığının təfərrüatlarını bizimlə bölüşüb.

Hadisənin təfərrüatları isə belədir: baş nazir Novruz Məmmədov səhər saatlarında işə gedərkən ona məlumat verirlər ki, bir nəfər körpüyə dırmaşaraq intihar etmək istəyir. Novruz Məmmədov yolunu dəyişdirərək əraziyə getmək qərarına gəlir. Bu müddət ərzində isə intihara cəhd edən Tovuz sakini Yaşar Əhmədovla telefonla əlaqə yaradır və problemi ilə maraqlanır.

Yaşar Əhmədov nə üçün belə addım atmaq istədiyinin səbəblərini açıqlayıb. Baş nazir Novruz Məmədov isə onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımi köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın.

Yaşar Əhmədov fikrindən daşınaraq təhlükəsizlik qaydalarına əməl edilməklə aşağı endirilib. O, baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib.

Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir.