Bia.Az

Yeməyini bəyənmədiyi üçün kişini öldürdü

Hadisə
 24-08-2023, 17:10     411

Sverdlovsk vilayətinin Zareçnı şəhərində kişi qonşusunu öldürməkdə ittiham olunub. İstintaqın məlumatına görə, tərəflər arasında kimin toyuq ətini daha dadlı bişirməsi ilə bağlı münaqişə yaranıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, fevralın 21-də Klara Setkin küçəsində yerləşən kirayədə yaşadığı mənzildə kişi 3 otaq yoldaşı ilə spirtli içki qəbul edib. Digər yoldaşlar dincəlməyə gedəndə yerdə qalan iki dost arasında toyuq əti bişirmək bacarığı ilə bağlı mübahisə yaranıb. Belə ki, tərəflərdən biri digərinin yeməyini bəyənməyəcəyini deyib.

Zərərçəkmiş kişini itələyərək mətbəxdən çıxıb. Təqsirləndirilən şəxs onun arxasınca otağa daxil olub və o, mətbəxdən götürdüyü bıçaqla onun boynuna zərbələr endirib.

Yaralı aldığı xəsarətdən öləndə cinayətkar digər iki qonşusunu yuxudan oyadaraq, onlardan mənzili tərk etmələrini istəyib və özünü yandırıb. Yanğın nəticəsində evə də ciddi ziyan dəyib.

Təqsirkar adam öldürmə və özgənin əmlakına qəsdən zərər vurma maddələri ilə ittiham olunubскачать dle 12.1