Bia.Az

TƏCİLİ! Xankəndinin qapılarını içəridən açmağa cəhd edirlər - Bu an yaxınlaşır...

Cəmiyyət
 24-08-2023, 16:59     255

Mühasirəyə alınmış qalanın – Xankəndinin qapıları içəridən açmağa cəhd edilir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan sərf edib.

Onun sözlərinə görə, Ağdam vasitəsilə Qarabağa humanitar yük gələrsə, bu “qalanın” qapıları açılır: bu yol humanitar dəhliz rolunu oynamağa başlayanda ermənilərə Laçın dəhlizini unutmaq qalır:

WhatsApp Image 2023-08-24 at 13.55.09 (1).jpeg (50 KB)
“İndi bu qapıların içəridən açılması prosesi gedir və yerli hakimiyyət (separatçı, oyuncaq rejim-red.) bu anı saat-saat yaxınlaşdırır. Özünü könüllülərin komandiri adlandıran şəxsin peyda olması da bunu göstərir: bununla da rəqibləri qorxutmağa çalışırlar ki, Ağdam yolunun açılmasına mane olmasınlar. Araik Arutyunyan öz siyasi komandası ilə müəyyən təminatlar alaraq bu “mühasirəyə alınmış qala”nın qapılarını açmağa hazırdır və o bu təhlükəsizlik zəmanətlərini Qərbdən Nikol Paşinyanın vasitəçiliyi ilə alıb”.скачать dle 12.1