Bia.Az

Hava kəskin dəyişir – Daha bir xəbərdarlıq

Sosial
 24-08-2023, 16:46     478

Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, maksimal temperatur 27-30° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.скачать dle 12.1