Bia.Az

“Şölətoğlu” İstirahət Mərkəzi ilə bağlı yeni detallar - İş adamı zibilxanada cənnət yaradıb

Cəmiyyət
 24-08-2023, 00:04     391

Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzi ilə bağlı qalmaqal davam edir. 

Qaynarinfo xatırladır ki, istirahət mərkəzinin sahibi Novruz Gülməmmədov obyektin ərazisini zəbt etməkdə ittiham olunur. 

İş adamı isə mətbuat konfransı keçirərək ərazini Ağsu rayonunun Nüyüd kənd bələdiyyəsindən aldığını bildirib və müvafiq sənədləri media nümayəndələrinə təqdim edib. 

Novruz Gülməmmədov deyib ki, obyekt məhz bu sənədin əsasında tikilib və 2021-ci ilə qədər heç bir problem olmadan fəaliyyət göstərib.
Bu günlərdə isə iş adamı həmin ərazidə gördüyü işlər barədə videomaterialları mediaya təqdim edib. 

Həmin materiallardan görünür ki, 6 hektarlıq ərazidə inşa edilən istirahət mərkəzi heç də hazırda fəaliyyət göstərən bu tip obyektlərdən fərqlənmir. Həmçinin iş adamının ərazidə abadlıq işləri apardığı, dekorativ güllər əkdiyi, yollarını təmir etdiyi aydın görünür. 

İş adamı bildirib ki, bundan əvvəl ərazi bərbad vəziyyətdə olub: "Şöhlətoğlu” İstirahət Mərkəzi tikilənə qədər bu ərazi çox bərbad vəziyyətdə idi. Hər yer zibillik idi. Mən buranı abadlaşdırdım. 18 min dekorativ gül əkdim. Yollarını düzəltdim və s. 6 il fəaliyyət göstərdikdən sonra məni bu ərazini zəbt etməkdə ittiham edirlər. Axı bu boyda ərazini zəbt edib, bu qədər işləri gizlicə necə görmək olar? Bu sadəcə mümkün deyil. Əgər ərazini zəbt etmişdimsə, niyə 6 il ərzində heç bir problem olmayıb. Sadəcə mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunsuz əməllərinə qarşı çıxdığıma, bu əməlləri ictimailəşdirməyə görə məndən qisas alırlar. Həmçinin planda obyektin əlimdən alınması da var. Görürlər ki, ərazini abadlaşdırmışam, burada sözün əsl mənasında cənnət yaratmışam, yəni, hazır obyektdir. Ona görə də müxtəlif üsullarla obyektə əl qoymağa çalışırlar”.

Novruz Gülməmmədovun redaksiyamıza göndərdiyi ərazidən çəkilən videoları təqdim edirik:


BİA.az
скачать dle 12.1