Bia.Az

İran Bakı-Ankara müttəfiqliyindən niyə narahatdır?

Gündəm
 23-08-2023, 13:15     223

Son zamanlar İran mediasında, xüsusən də SEPAH-a bağlı nəşrlərdə Azərbaycan əleyhinə sistemli şəkildə yazılar dərc edilir. JAMAZ.İNFO bildirir ki, bu məqalələr son zamanlar münasibətləri pis olan Azərbaycan və İran arasında əlaqələrini qurulmasından daha çox, ziyanınadır.

Lakin “İran”, “İran Daily” kimi qəzetlərin belə bir mövqe sərgiləməsi qəti başa düşülən deyil. Çünki bir tərəfdən İran Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır, digər tərəfdən isə nəzarətində olan qəzetlərdə Bakı əleyhinə məqalə dərc etdirir. Bu, o deməkdir ki, İranda molla rejiminin daxilində Azərbaycan məsələsi ilə bağlı fikir ayrılığı var. Görünən odur ki, hazırda hakimiyyətdə olan Rəisi hökuməti qonşularla münasibətləri normallaşdırmağa çalışır. Amma hökuməti saymayan, birbaşa İranın dini lideri Əli Xamineyiyə tabe olan SEPAH üçün Azərbaycan məsələsi maraqlı deyil və daha çox düşmən şəklində görür.
JAMAZ.İNFO xəbər verir ki, SEPAH-ın maliyyəsi ilə nəşr olunan “İran Daily” qəzeti bu gün “Türkiyənin türk blokunu bərpa etmək məqsədi İran üçün təhlükədirmi?” başlıqlı yazı yayınlayıb. Həmin yazıda Türkiyə-Azərbaycan münasibətləri və bunun İran üçün “təhlükə” yaratmasından bəhs edilir.
Yazının müəllifi qeyd edir ki, Türkiyə Azərbaycandan Güney Azərbaycan məsələsində aktiv olmaq üçün yumuşaq güc kimi istifadə edir. Buna misal olaraq, bu yaxınlarda Bakıda keçirilmiş “Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti” adlı tədbiri və onun İzmirdə davam etdirilməsini göstərib.
Qəzet daha sonra yazır ki, Türkiyənin Zəngəzur Dəhlizi məsələsini dəstəkləməsi uzaq perspektivə hesablanmış strateji addımdır. “Azərbaycanın bu yaxınlarda Naxçıvana Sünik üzərindən dəhliz vasitəsi ilə birləşdirmək istəyini Türkiyənin dəstəkləməkdə məqsədi Ankaranın Azərbaycan, Xəzər dənizi və Orta Asiya respublikaları ilə birləşdirmək məqsədinə xidmət edəcək. İran üçün bu, enerji dəhlizlərindən məhrum olmaq, Tehranın Avrasiya İqtisadi İttifaqı bazarlarına çıxışı olan Rusiya və Ermənistanla quru əlaqəsini itirmək deməkdir”.
“İran Daily” təkcə İran molla rejiminin özü üçün “təhlükə” hesab etdiyi məsələlər sırasına Azərbaycanın Kürdistanla əlaqələrini və “Baykar” şirkətinin Bakıda fəaliyyətini də əlavə edib. “Keçmişdə Ankara və Tehran müstəqil Kürdüstana qarşı çıxmaq və müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək ilə bağlı siyasətlərin uzlaşmasına nail olsalar da, son Azərbaycan-Türkiyə-İsrail oxu İran üçün təhlükə yaratmağa başlayıb. Xüsusən də Bakıda Baykar şirkətinin PUA istehsalına başlaması İran İslam Respublikası üçün təhlükə yarada bilər”.
Qəzet daha sonra iddia edib ki, “Baykar”ın Bakıda fəaliyyətə başlaması Azərbaycanın Ermənistana və İranın şimal-şərqinə ekspansionist münasibəti ilə birlikdə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaracaq.
Qəzet sonda belə bir qənaətə gəlib ki, İran və Türkiyənin birlikdə işləmək potensialı olmasına baxmayaraq, onların əməkdaşlıq ehtimalı hazırda uzaq görünür. “Bu, Türkiyənin Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyada beynəlxalq siyasət yürütməsi, Ankaranın Bakı və Təl-Əvivi dəstəkləməsi ilə əlaqələndirilir ki, bu da Tehran üçün təhlükə yaradır”.скачать dle 12.1