Bia.Az

Koronavirus: 189 ölkə və ərazidə xəstə var

Sosial
 23-08-2023, 12:52     456

Avqustun 23-də yenilənən beynəlxalq statistikaya görə, 189 ölkə və ərazidə 21 milyon 279 mindən çox aktiv koronavirus xəstəsi var.

Novator.az bildirir ki, Polşada xəstə sayı 1 milyon 63 mini, Vyetnamda 938 mini, ABŞ-da 841 mini, Braziliyada 804 mini, Cənubi Koreyada 694 mini ötür.

İlk onluqda göstərilən Rusiyada 146 min 796 şəxs müalicə altındadır.

İranda 92 min 527, Gürcüstanda 57 min 235, Qazaxıstanda 14 min 963, Ermənistanda 5 min 380 xəstə qeydə alınıb.

2020-2023-cü illərdə Azərbaycanda 832071 nəfər koronavirusa yoluxub, onların 10295-i vəfat edib, 29-u aktiv xəstədir, qalanları sağalıb.


2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.скачать dle 12.1