Bia.Az

Aqil Layicin replikası

Cəmiyyət
 23-08-2023, 12:48     205

Vəkil Aqil Layic özünün “Facebook” səhifəsində replika yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Bakı İstintaq Təcridxanasında sıxlıqdır.

Müdafiə etdiyi iş adamı, iqtisadçı alim Nazim Bəydəmirliyə istinad edən vəkil yazır ki, 12 nəfəri 6 nəfərlik kameraya doldurublar, nəfəs almaq çətindir: “Məhbəslərin və təcridxanaların dolu olmasının əsas səbəbi məhkəmə-hüquq və cəza siyasətinin biznes kimi idarə edilməsi və yarıtmaz fəaliyyətidir. Artıq məhkəmələrdə və istintaq orqanlarında qanunsuzluq və şərləmə yönündə instinkt əmələ gəlib, sanki belə də olmalıymış.

Vəziyyət çox acınacaqlıdır. Nəinki siyasi işlər, adi cinayət işlərində belə məhkəmələr çox effektsiz görünür. Bəzən mənə elə gəlir ki, məhkəmə-hüquq sistemi tam girovluqdadır”скачать dle 12.1