Bia.Az

“Blokada” təbliğatına ŞOK zərbə – erməni tələbə qız elə bir söz dedi ki!..

Cəmiyyət
 23-08-2023, 12:22     201

“Laçın” sərhəd postu Azərbaycan qanunları əsasında fəaliyyətini davam etdirir. Ermənistan rəsmilərinin və radikal-revanşistlərin hamını bezdirmiş uydurmalarına, nə çərənləmələrinə rəğmən, heç bir blokada da yoxdur, olmayıb. Ən azından, nəzarət-buraxılış məntəqəsinin varlığı bunu inkar edir. Çünki Azərbaycanın pis niyyəti olsaydı, “Laçln” postu əvəzinə sərhəd qülləsi qoyub sərhədçilərimiz keşik çəkərdi...

Aydındır ki, özünə hörmət edən heç bir dövlət sərhəddən sərbəst girişə izn verməz. Yalnız müəyyən prosedurlara əməl edildikdən və həmin ölkənin konstitusiyası və qanunları gözlənilməklə ölkə ərazisinə giriş-çıxış mümkündür. Azərbaycan da eynisini edir. Burada möcüzəvi, qeyri-adi bir şey yox.
Beynəlxalq Ədalət Məhkəməsi də təsdiqlədi ki, “Laçın” postu legitimdir. Ayrı sözlə, heç bir eksterritorial (Azərbaycanın nəzarət hüququ olmayan) “Laçın dəhlizi” anlayışı mövcud deyil. Üstəgəl, humanitar ehtiyaclarc üçün təklif olunan daxili Ağdam-Xankəndi yolu.
İndi bütün bunların üstündən durub “blokada” ağlaşması qurmaq həyasızlığın və siyasi riyakarlığın bariz nümunəsi olmaqla yanaşı, sözsüz ki, həm də ərazi bütövlüyümüzü və suverenleyimizi şübhə altına almaq, torpaqlarımızı sortlara bölmək cəhdidir. Məgər Ermənistan Gürcüstanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qoymayıb? Yoxsa Gürcüstandan kim, necə istəyir, əlləri cibində, yoxlanılıb-eləmədən Ermənistana keçir? Əlbəttə, yox. O zaman haylar özlərinə rəva bilmədiklərini niyə bizə görürlər?
BMT TŞ-də ermənilərin son rəzil məğlubiyyəti də elə bu dəmir məntiqə bağlı idi. Qurum öz Nizamnaməsini, BMT üzvü olan Azərbaycanın sərhəd toxunulmazlığını erməni saxtakarlığına inanıb görməzlikdən gələ, suverenliyimizə sayğısızlıq göstərə bilərdimi? Xeyr. Göstərmədi də. Hər şey qırağa, bu, ən əvvəl Qarabağdakı erməni sakinlərə doğru-dürüst seçim eləmək üçün aydın siqnal idi...
Radikal-revanşistlərin boş hay-küyünə, hələ də “Laçın” postunu “qanunsuz” adlandırmlarına, Vaqif Xaşatryan insidentinə baxmayaraq, artıq daha çox Qarabağ ermənisi bu yoldan istifadə edir. Təkcə ötən gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.
Bundan əvvəl isə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə eyni istiqamətdə “Laçın” sərhəd-buraxılış məntəqəsindən 9 avtomobilin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 57 şəxsin maneəsiz hərəkətinə şərait yaradılıb.
Erməni sakinlər isə nəinki yoldan qorxu-ürküsüz və mütəmadi istifadə eləməyə başlayıblar, həm də öz razılıqlarını bildirirlər. Dünən keçid edən erməni Elen Arstamyanın azərbaycanlı jurnalistlərə açıqlamasında söylədikləri buna sübutdur. Gənc qız sərbəst keçidin təmin olunmasından razılığını ifadə edib, hər şeyin yaxşı olduğunu söyləyib. O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu da deyib.
Dərhal qeyd edək, bu ilk belə faktdır və şəkk-şübhəsiz, “blokada” təbliğatına, “genosid” yalanına sarsıdıcı zərbədir. Eyni zamanda Qarabağda re-inteqrasiyaya meylli ermənilərin real varlığına işarədir.
Təsadüfi deyil ki, “Şeytan yuvası”ndakı separatçı-kriminal ünsürlər insidentdən bərk narahat olub. Ermənistanda təhsil alan 17 yaşlı erməni tələbə qıza qarşı qarayaxma, mənəvi zəhərləmə, psixoloji təzyiq kampaniyası başlayıb.
Şəksiz ki, Arstamyanın azərbaycanlı jurnalistlərə müsahibəsi Rusiya bədməramlı kontingentin pozucu fəaliyyətinə və planlarına da ziddir. O Rusiya ki, iki xalqın barışığının baş tutmaması üçün əlindən gələn edir.
Fəqət, bunlar mənasız səylərdir. Arstamyan kimi Azərbaycana qarşı mötədil ovqata köklənmiş şəxslərin, potensial vətəndaşlarımız sayılan insanların, ən əsası, xuntaçılardan bezənlərin sayı getdikcə artacaq. Bu qaçılmazdır. Diqqət edin, müsahibə verən erməni gəncidir və guya “müstəqil artsax” dövründə doğulub, Azərbaycana qarşı total antitəbliğat ruhunda böyüyüb.
Əsas da elə gənclikdir. Çünki gənclər üçün gələcək, hər şey qabaqda. Yaşlı-maşlı separatçı-xuntaçıların “havası” və “halvası” isə çoxdan çalınıb...
Zahid SƏFƏROĞLU
Zahid SƏFƏROĞLUскачать dle 12.1