Bia.Az

Azərbaycanlı gənc Ukraynada nazir müavini təyin olundu

Cəmiyyət
 23-08-2023, 12:19     199

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir.

Qeyd edək ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.скачать dle 12.1