Bia.Az

Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlindi

Cəmiyyət
 23-08-2023, 12:13     195

Ötən gün Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Harutyunyanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırdığı barədə məlumat yayılıb.

Ermənistanın “Hraparak” qəzeti sözügedən “iclas”ın təfərrüatlarını açıqlayıb.

Məlumata görə, Harutyunyan “iclas” zamanı Ağdam-Xankəndi yolu ilə ticarətin aparılmasına dair qərar qəbul edildiyini bəyan edib.

Qəzet yazır ki, qondarma rejimin “rəhbər”i sözügedən məsələni müzakirə obyekti kimi deyil, fakt və reallıq olaraq təqdim edib: “O, sözügedən yol vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirib. Onun sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, o demək deyil ki, Laçın yolu tam olaraq işlək olacaq, Qarabağ sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”.

“Hraparak”ın məlumatına görə, Harutyunyan növbəti mərhələdə Azərbaycandan gələcək qaz və elektrik enerjisi məsələsinin də müzakirə edilməsinin planlaşdırıldığını deyib.


Eyni zamanda, “iclas”da “Təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan da iştirak edib.//Gundem.az скачать dle 12.1