Bia.Az

"Rasim Balayevə qarşı bu cür təhdidlər mədəniyyətimizi məhv etmək deməkdir" - AÇIQLAMA

Siyasət
 22-08-2023, 19:06     271

“Son günlər sevimli Xalq artisti Rasim Balayevə qarşı sosial şəbəkə üzərindən edilən hücumları heç cür anlamaq mümkün deyil. Doğrudanmı bu cəmiyyətin müəyyən bir hissəsi xalqın sevgi və hörmətini qazanmış dəyərli bir sənətkarı mənəvi cəhətdən çökdürməyi qarşısına məqsəd qoyub?! Hesab edirəm ki, Rasim müəllimə qarşı təhdidlər həm də Azərbaycan mədəniyyətinə və xalqına qarşı yönəlib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
O vurğulayıb ki, Rasim Balayev kimi sənətkarlar ölkədə hər 40-50 ildən bir yetişir:
Cingiz-7-foto.jpg (28 KB)
“Balayev Azərbaycan kinosunun incisidir, ləyaqətini və qürurunu daim qorumuş sənətkarlardan biridir. Allah tərəfindən xalqa bəxş edilmiş bir görkəmli şəxsiyyəti məhv etmək həm də ədalətsizlikdir”.
Ç.Qənizadə bunun arxasında duran müəyyən radikal qüvvələrin, dövlətin siyasəti ilə razılaşmayan insanların olduğunu diqqətə çatdırıb:
“Narazılıqlarını digər formada onsuz da bildirirlər. Lakin Rasim müəllimə qarşı bu cür təhdidlər mədəniyyətimizi məhv etmək deməkdir. Özünəməxsus rolu və davranışı ilə mədəniyyət tariximizdə silinməz iz qoyan görkəmli aktyora qarşı çirkin kampaniyadan əl çəkməlidirlər”.
Sonda Komitə sədri xatırladıb ki, Rasim Balayev Prezident İlham Əliyevlə görüşdə haqqı olanı qazandı:
“Rasim Balayev Prezidentlə çay süfrəsi arxasında müəyyən məsələləri müzakirə etməyə getməmişdi. Bir daha onu qınayanlara səslənərək deyirəm ki, heç olmasa, Allahdan qorxun. Bu cür cılız, məntiqsiz, iyrənc metodlardan istifadə etməklə dahi sənətkarın, həm də son vaxtlar səhhəti ilə bağlı problem yaşayan insanın üzərinə getmək allahsızlıqdır”.скачать dle 12.1