Bia.Az

Qadınlara şalvarı, kişilərə saqqalı qadağan edən televiziya rəhbəri – o, Kremldə Brejnevdən başqa heç kəsi “tanımayıb”

Dünya
 22-08-2023, 17:24     201

Yaxın çevrəsində olanlar onu “böyük və dəhşətli” adlandırıblar və bu ifadəni Sergey Lapinin üzünə deməkdən çəkinməyiblər. Lapin isə bu ifadəyə görə dostlarından heç vaxt inciməyib...

Maraqlıdır, uzun illər yüksək vəzifələr tutan, 15 il televiziyaya rəhbərlik edən Lapini hansı səbəblərdən həm böyük, həm də dəhşətli adlandırıblar?
Lapinin böyüklüyü onun son dərəcə zəngin intellekti, hərtərəfli biliyi, iş məhsuldarlığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlı olub. Onun işlədiyi qurumlarda, xüsusilə televiziyada öz qanunlarını tətbiq etməsi isə dəhşətli olmasını göstərib.
1912-ci ildə Sankt-Peterburqda anadan olan Lapin natamam orta təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə poçtalyon kimi başlayıb. O, 1930-cu ildə Leninqrad Fəlsəfə və Tarix İnstitutuna qəbul olunsa da, iki ildən sonra təhsilini yarımçıq qoyub və tərcümeyi-halında heç vaxt bu haqda qeydlər göstərməyib.
349.jpg (127 KB)
İnstitutdan yarımçıq çıxdıqdan sonra Lapin yerli qəzetlərin birində əvvəlcə ədəbi işçi, sonra müxbir vəzifəsində çalışıb. Amma sözsüz ki, ali təhsilinin olmaması onun gələcək karyerasına problemlər yaradıb. Gələcəyini düşünən Lapin bu məsələni asanlıqla həll edib. 1940-cı ildə onu işlədiyi redaksiyadan Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinə oxumağa göndəriblər.
Moskva həyatı Lapinin vəzifə karyerasında yeni mərhələ açıb. Onun mərkəzi qəzetlərdə mütəmadi olaraq məqalələri dərc olunub. Bununla yanaşı, Lapin Ali Partiya Məktəbində ona dərs deyən Kreml məmurları ilə isti münasibətlər yaratmağa nail olub. Məhz bütün bunların sayəsində o, təhsil ala-ala Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində kiçik bir vəzifəyə düzəlib. Bu vəzifə Lapini müharibədə iştirakdan da azad edib.
Lapinin vəzifə təyinatlarında bəxti həmişə gətirib. 1944-cü ildə o, Radio Komitəsinə təyinat alıb. Cəmi üç ildən sonra Lapin komitənin sədr müavini vəzifəsinə qədər yüksəlib.
Lapinin fərqləndirən cəhətlərdən biri onun siyasi elita ilə yaxın münasibətlər qurmaq bacarığı olub. Bu bacarıq sayəsində o, dövlət tədbirlərində Vyaçeslav Molotovla da yaxın münasibətlər qurub ki, 1953-cü ildə Molotov onu Xarici İşlər Nazirliyinin strukturunda işləməyə dəvət edib. O, əvvəlcə SSRİ-nin Almaniyadakı səfirliyində müşavir, sonra SSRİ Xarici İşlər Nazirliyinin partiya komitəsinin katibi, daha sonra isə 1956-1960-cı illərdə SSRİ-nin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Bu vəzifələrdə işləyərkən Lapin “yuxarılarla” əlaqələrini daha da zənginləşdirib. Xüsusilə, artıq həmin dövrdə Kremldə əsas fiqurlardan biri sayılan Leonid Brejnevlə dostluq münasibətləri yaradıb. Elə Brejnevin təşəbbüsü ilə də Lapin 1960-cı ildə Rusiyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.
347.jpg (146 KB)
Nazir kürsüsü də Lapin üçün düşərli olub. Bu vəzifədə olarkən o, SSRİ xarici işlər naziri Qromıko ilə münasibətlərini tənzimləyə bilib və 1962-ci ildən fəaliyyətini SSRİ-nin xarici işlər nazirinin müavini kimi davam etdirib. 1965-ci ildə nazir müavini vəzifəsi saxlanmaqla Lapin SSRİ-nin Çindəki səfiri təyin edilib.
Brejnevin hakimiyyətə gəlməsi Lapinin vəzifə yollarında yaşıl işıqlar yandırıb. 1967-ci ildə baş katib onu Kremlə dəvət edib. Brejnev onu mehribanlıqla qarşıladıqdan sonra dəvətinin məqsədini açıqlayıb:
Sergey Georigiyeviç, biz sizi öz yaxınlığımızda görmək istəyirik. Düşünürəm ki, artıq Çindən qayıtmağınızın vaxtıdır. Haqqınızda qərar vermişik. Siz SİTA-nın baş direktoru təyin edilirsiniz.
Bu qərar Lapin üçün gözlənilməz olub:
Leonid İliç, böyük etimadınıza görə sizə minnətdaram. Amma bu təyinat mənim üçün gözlənilməz oldu.
Brejnev ona zarafatla cavab verib:
Elə mənim üçün də gözlənilməzdir. Amma nə etməli, yoldaşların (Siyasi Büro üzvlərini nəzərdə tutub) qərarına qarşı çıxmaq olmaz.
scale_1200-3_ready84-121 (1).jpg (97 KB)
Beləliklə, Lapin 1967-ci ildən fəaliyyətini SİTA-da baş direktor vəzifəsində davam etdirib.
1970-ci ildə Lapin Siyasi Büroya dəvət olunub. Bu dəfə büro üzvləri yekdilliklə onun Dövlət Televiziya və Radio verilişləri Komitəsinin sədri vəzifəsinə namizədliyi dəstəkləyib.
Lapin mərkəzi televiziya və radioda etdiyi bir çox yeniliklərlə, yeni studiyaların yaradılması, yeni verilişlərin efirə çıxması ilə yadda qalıb. Nazir statuslu bu vəzifədə onun fəaliyyəti Mərkəzi Komitə tərəfindən yüksək qiymətləndirilib. Onun əsas bacarığı ondan ibarət olub ki, o, sovet ideologiyasını Mərkəzi Komitənin müəyyənləşdirdiyi kurs üzrə lazımi səviyyədə təbliğ etməyi bacarıb. Lapin bu məsələdə heç vaxt təşəbbüskarlıq göstərməyib. Yalnız yuxarıların tapşırıqlarını icra edib. Bir ayağı Kremldə olan televiziya rəhbəri Brejnevlə o dərəcədə yaxın münasibətdə olub ki, o, yalnız baş katiblə hesablaşıb. Hətta Kreml dəhlizlərində onun haqqında “Lapin Kremldə Brejnevdən başqa heç kimi tanımır” kimi söhbətlər də dolaşıb.
Əvvəl işlədiyi qurumlarda olduğu kimi Lapin Dövlət Televiziya və Radio verilişləri Komitəsində öz qanunlarını tətbiq edib. Qadınlara şalvar geyinmək, kişilərə bığ və saqqal saxlamaq qadağan olunub. Əməkdaşlar arasında Lapinə lətifələr qoşanlar da olub: “Yaxşı ki, Mark, Engels, Lenin sağ deyil. Sağ olsaydılar, televiziyada çıxış etməyə gəlsəydilər, saqqallarına görə Lapin onları içəri buraxmazdı...”
2d38c3cs-960.jpg (97 KB)
Lapin kişilər üçün yalnız bir geyim gorması müəyyənləşdirilib, kostyum və qalstuk. Hətta idman və əyləncəli verlişlərdə kişi aparıcılar efirə bu geyim formasında çıxıblar.
Lapinin ən sərt qanunlarından biri də ağılasığmaz dərəcədə senzuranın tətbiqi olub. Hətta ilin mahnısı seçiləndə belə mətndə partiyanın, sovet quruculuğunun təbliği mütləq sayılıb.
Lapinin komitədə ən böyük “vəzifə”si isə Brejnevin qarşısında telesuflyorluq etməsi olub. Baş katib yeni il münasibətilə xalqa müraciət edəndə Lapin divar kağızlarına yazılmış müraciətin mətnini baş katibin qarşısında şəxsən özü saxlayıb. Brejnevin nitqindəki qüsurlar səbəbindən Lapin bəzən saatlarla baş katibin qarşısında divar kağızlarını aşağı-yuxarı çəkməyə məcbur olub.
Lapinin mərkəzi televiziya və radioya rəhbərliyi düz 15 il davam edib. O, Andropovun və Çernenkonun qısamüddətli hakimiyyəti dövründə də öz vəzifəsini saxlaya bilib. Mixail Qorbaçovla isə Lapin anlaşa bilməyib. 1985-ci ildə o, istefaya göndərilib.
Ömrünün son illərində memuarlarını yazan Sergey Lapin 1990-cı ildə, 78 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.comскачать dle 12.1