Bia.Az

SON DƏQİQƏ! Ukraynadan UĞURLU HƏMLƏ - Bu ərazi işğaldan azad edildi

Cəmiyyət
 22-08-2023, 17:13     216

Ukrayna hərbçiləri Zaporojye vilayətinin Rabotino kəndinə daxil olublar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, 47-ci briqadanın döyüşçüləri “Bredli” döyüş maşınları ilə yerli sakinlərin təxliyəsini təşkil ediblər. Döyüşlər davam edir, rus hərbçiləri Rabotinoyu artilleriyadan davamlı olaraq atəşə tutur.

Qeyd edək ki, Rabotino kəndi rus qoşunlarının Tokmak istiqamətində və daha sonra Melitopol istiqamətində birinci müdafiə xəttində yerləşir.

 Onun kənarında döyüşlər Ukraynanın iyunda hücumu başlayandan bəri davam edir. Son günlər Ukrayna hərbçilərinin Rabotinonun özünə irəliləməsi ilə bağlı xəbərlər yayılıb. Gələn informasiyalara əsasən, Ukrayna hərbçiləri minalanmış sahələri yarıb Rabotinonun şimal-şərq kənarında möhkəmlənməyə nail olmuşdular.скачать dle 12.1