Bia.Az

Atasının intiharına bais oldugu deyilən Elgün Zamanov niyə MEYDAN SULAYIR - Foto/Video

Cəmiyyət
 21-08-2023, 18:39     305

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı xəbərləri müntəzəm olaraq oxucularımızın diqqətinə catdırmışıq.

Mərhum İntiqam Zamanovun yaxın qohumu Laçın rayonunun Şeylanlı kənd sakini Tohid Ağamalıyev BİA.az-a açıqlamasında bildirib ki, artıq hər kəs mərhumun heç bir günahının olmadığını, intihara vadar edildiyini bilir: “Əvvəl heç cinayət işi açmırdılar. Bizim müraciətlərimizdən sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb. Amma cinayəti ört-basdır etməyə cəhdlər var, cünki 6 aydan cöx kecməsinə baxmayaraq istintaq işi yerində sayır" deyə Tohid Ağamalıyev bildirib. 
Tohid Ağamalıyevin sözlərinə görə, cinayətin ört-basdır etmək cəhdləri əsasən mərhumun oglu tərəfindən edilir: “Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır.
Şikayətci iddia edir ki, cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova acıq-aydın himayədarlıq edir.

Şikayətci bildirir ki, Elgün Zamanov Bakı aeroportunda mühafizəci işləyir. O, AZAL-ın prezidenti Cahangir Əsgərova müraciət edir ki, öz dogma atasının şərləyərək ölümünə bais olan Elgün Zamanovun bu sahədə işləməyi nə dərəcədə dogrudur?. Aşagıda təqdim etdiyim səs yazısında Elgün Zamanov görün mərhum atası haqında nələr deyir? Cənab Cahangir Əsgərov, Elgün Zamanov hətda Sizin adınızdan isdifadə edərək bizə hədə-qorxular gəlir.


"Cəzasızlıq o həddə catıb ki, Elgün Zamanov, haqqında cinayət işi acılan Adil Əsədovla birləşərək sosial şəbəkədə "Şöhlətoğlu" istirahət mərkəzinin rəhbəri, tanınmış iş adamı Novruz Gülməmmədovun haqqında şər və böhtanlar yazır və sonra da silir(?). Novruz Gülməmmədov o, iş adamıdır ki, Elgün tərəfindən şərlənərək intihar edən atasını morqa, ekspertə göndərməkdən tutmuş dəfninin, 3, 7 və 40 mərasimlərinin kecirilməsinin bütün xərclərini qarşılayıb. Əslən Lacından olan, hazırda Ağcabədi rayonunun Taxda Körpü qəsəbəsində yaşayan Adil Əsədov isə iş adamı Novruz Gülməmmədovun "Şöhlətoğlu" istirahət mərkəzində adiministrator vəzifəsində işləyərkən dələduzluq yolu ilə mərkəzə 32000 manat pul "atıb", 30-dan çox işçilərin əmək haqqını mənimsəyib. Bu barədə artıq Agsu rayon məhkəməsində cinayət işi acılıb.  Elgün Zamanov da utanmadan qoşulub Adil Əsədova, guya iş adamı Novruz Gülməmmədovdan hayif alır."- deyə Tohid Ağamalıyev sonda bildirir.



Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


BİA.az
скачать dle 12.1