Bia.Az

Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

Gündəm
 21-08-2023, 09:55     264

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

Pravda.az-ın xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.
Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.скачать dle 12.1