Bia.Az

Türkiyə tərəfi ilə danışıqlar aparılmır – İrəvan

Dünya
 20-08-2023, 17:15     273

Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası layihəsi faktiki olaraq dondurulub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, körpünün yalnız ilkin eskiz variantı mövcuddur.

“Türkiyə tərəfi ilə danışıqlar aparılmır. Yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra körpünün bərpasının dəyəri və müddətindən danışmaq mümkün olacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayında Ankaradakı çıxışında Ankara və İrəvanın Ani körpüsünün təmir olunması ilə bağlı qərar verdiyini bildirmişdi.скачать dle 12.1