Bia.Az

Adil Əsədov "Şöhlətoğlu”ya 32000 manat, 30-dan çox işçiyə isə gör nə qədər pul "atıb"... - VİDEO

Cəmiyyət
 20-08-2023, 12:04     812

BİA.az xəbər verir ki, Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin administratoru Əsədov Adil Əsəd oglu işcilərin əmək haqqını mənimsəyib. 

Bu barədə redakciyamıza müraciət edən Qurbanova Sürəyya Əyub qızı bildirir ki, o, Göranbay rayonundandır. 30 il müəllimə işləyib. Ailə başcısını itirən Sürəyya xanım administrator Əsədov Adil Əsəd oglu tərəfindən "Şöhlətoğlu” İstirahət Mərkəzində işləməyə dəvət olunub. Bir-iki ay əmək haqqını normal alıb, sonradan isə Adil ona hər ay 50-60 manat pul verərək müxtəlif bəhanələrlə pulunu bir yerdə qaytaracagını bildirib. Hazırda isə 560 manat ona catacaq əmək haqqını ödəmir. 




Şikayətci İbrahimov Fərahim Arzuman oglu isə Təzəkənd kənd sakinidir, Mərkəzdə kababcı işləyir. O, bildirir ki, "Şöhlətoğlu” İstirahət Mərkəzinin  administratoru Adil Əsədov onu da aldadıb, 1300 manat əmək haqqını ondan ala bilmir: "Bu adam dələduzun, fırıldaqcının biri imiş, Mərkəzin 30 nəfərdən artıq işcilərinin onlara catacaq əmək haqlarını ödəmir. Belə ədalətsizlik olmaz."



Biz redaksiya olaraq "Şöhlətoğlu" istirahət mərkəzinnin rəhbərliyi ilə telefon əlaqəsi yaradaraq məsələyə aydınlıq gətirilməsini xahiş etdik. Öyrəndik ki, Əsədov Adil Əsəd oglu Ağcabədi rayonunun Taxda Körpü qəsəbəsində yaşayır və həqiqətən Mərkəzdə adiministrator vəzifəsində işləyib və mərkəzə 32000 manat pul "atıb", üstəlik 30-dan çox işçilərin də dələduzluq yolu ilə əmək haqqını mənimsəyib. Bu barədə artıq Agsu rayon məhkəməsində cinayət işi acılıb və bu ilin avqust ayının 10-da məhkəmənin hazırlıq iclası geciriləcək.

BİA.az






скачать dle 12.1