Bia.Az

“Valideynlər vahid geyimi tikdirə də bilərlər”

Cəmiyyət
 18-08-2023, 17:08     305

Valideynləri məktəbli formaları ilə bağlı məlumatlandırmışıq Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni tədris ilindən məktəblərdə vahid məktəbli forması tətbiq ediləcək".

BİA.az AzEdu.az  istinadən xəbər verir ki, bu sözləri 136 nömrəli tam orta məktəbin direktoru Aysel Şərbətova deyib.
 
O, bildirib ki, qeyd olunan məsələyə əsasən, ötən tədris ilində 136 nömrəli tam orta məktəbin Pedaqoji Şurasında məktəbli forması ilə bağlı müvafiq qərar qəbul edilib:

 "Valideynlərin də rəyini nəzərə alaraq, təqdim olunan 4 geyim formasından birini seçdik. Seçilən geyim forması barədə məktəbin bütün valideynləri məlumatlandırılıb. Həmçinin valideynlərə tövsiyə olunub ki, onlar özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.

Eyni zamanda, onlar öz istəklərinə uyğun olaraq bu formaları tikdirə də bilərlər. Məlum olduğu kimi, paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur və valideynlərin məlumatlandırılması zamanı bu satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilməyib. Bir təhsil işçisi kimi qeyd edim ki, vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, səliqəli, nizamlı görünüşü təmin edir və məktəbin özünəxas təhsil mühitini formalaşdırır. Həmçinin vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təşviq edir ki, bu da önəmli nüanslardandır".
скачать dle 12.1