Bia.Az

Bakıda hələ də parklanmadan qanunsuz pul yığanlar var... - VİDEO

Sosial
 18-08-2023, 15:08     447

Bakıda parklanma yerləri rəsmi ödəniş əsasında nağdsız qaydada həyata keçirilir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, lakin canfəşanlıq göstərərək avtomobili saxlamağa "kömək" etmək istəyənlər də var. Yaxınlaşıb sual verdikdə isə ''mən parklanmaya nəzarət etmirəm'' deyir.

"Xəzər Xəbər"in çəkiliş apardığını görən bəzi parklanmaya nəzarət edənlər isə müsahibə verməkdən imtina edərək ərazindən uzaqlaşdılar.
Amma bəzi nəzarətçilər var ki, onlar hələ də qanunsuz fəaliyyət göstrərdiklərindən xəbərsiz olduqlarını deyirlər.

Sürücülər isə bildirir ki, elə ərazilər var ki, orada ödənişi məcbur qalıb nəzarətçilərə verirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, paytaxtın təxminən 9-10 küçəsində dövlət tərəfindən təşkil edilmiş qanuni parkinq sahələri fəaliyyət göstərir. Həmin küçələr haqqında ''azparkinq'' tətbiqi vasitəsilə məlumat əldə etmək mümkündür. Orada nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Qeyd edək ki, parklanma yerlərində nağd şəkildə pul tələb edilərsə, sürücü həmin şəxs barəsində polisə məlumat verməlidir. 
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

скачать dle 12.1