Bia.Az

"Qarabağ" ardıcıl 10-cu uğurunu rəsmiləşdirdi

İdman
 17-08-2023, 23:37     508

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Axar.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub.

Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-i keçən (2:1, 2:1) "köhlən atlar" ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.


Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.скачать dle 12.1