Bia.Az

Azərbaycan Qarabağ ermənilərinə bu hüquqları verəcək - Yeni sənəd yayıldı

Siyasət
 17-08-2023, 00:04     252

Separatçı Tiqran Petrosyan özünün “Facebook” səhifəsində Qarabağ ermənilərinin inteqrasiyası layihəsi olduğu iddia edilən sənəd yerləşdirib.

DİA.AZ yenisabah.az-a istinadla xəbər verir ki, tanınmamış “DQR” nümayəndəsinin sözlərinə görə, layihəni iyulun 25-də xarici işlər naziri Sergey Lavrov təqdim edib.

Sənəddə diqqət çəkən məqamlardan biri erməni əhalisinə dövlət dili olan Azərbaycan dili ilə yanaşı, erməni dilində rəsmi yazışmalar, erməni dilində yol işarələri, həmçinin erməni dilində orta və ali təhsil imkanlarının təklif edilməsidir.

Həmçinin sənəddə erməni əhalisi ilə bağlı respublika, rayon və bələdiyyə səviyyələrində qərarların işlənib hazırlanmasında və qəbulunda onların iştirakının təmin olunmasına dair müddəaların yer aldığı bildirilir.

Qeyd edək ki, rəsmi Bakı sözügedən sənədin mövcudluğa ilə bağlı indiyə kimi hər hansı bir açıqlama verməyib. Amma Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyasında maraqlı olduğunu, onların hüquq və azadlıqlarının ən yüksək səviyyə qorunacağını dəfələrlə bəyan edib. Separatçı rejim isə müxtəlif bəhanələrlə müzakirələrdən yayınmaqla bölgəyə daimi sülhün gəlməsində maraqlı olmadığını nümayiş etdirib.
скачать dle 12.1