Bia.Az

Goranboyun Ağcakənd kəndindəki "Vətən" ailəvi istirahət kompleksində "İT YİYƏSİN TANIMIR"...

Cəmiyyət
 16-08-2023, 21:55     331

Bu günlərdə yolumuz Azərbaycan Resbulikası Goranboy rayonunun inzibati ərazisi sayılan Ağcakənddən düşdü. Qara çayın sahilində sıralanmış dağlıq ərazidə yerləşən Ağcakənd təbii relyefinə görə turizm inkişafı üçün əlverişli yer sayılır.

Günorta vaxtı "Vətən" ailəvi istirahət kompleksinə üz tutduq. Yenicə tikilmiş bir neçə kotteclər nəzərimizdən qaçmadı. Öyrənə bildik ki, hər gecəsi 50 manatdır. Az vaxtdan sonra nələrin şahidi olmadıq!. Anti sanitariya natəmizlik, başdı-başnalıgın hökm sürdüyünü gözlərimizlə gördük. Bu cür mənzərəni görüb, gəlməyimizə də peşman olduq. Ər-əskiklik bir yana qalsın, üstəlik oranın işçilərinin çaya bir neçə dəfə əllərinə nə gəldi atdıqlarını gördükdə əsəblərimizə hakim kəsilə bilmədik. "Vətən" ailəvi istirahət kompleksinin sahibini arasaq da,onu tapa bilmədik.

Görəsən Goranboy rayon Sanitar Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları özlərini niyə görməməzliyə vurub bu vəziyyətə göz yumurlar? İnanmaq istərdik ki, əlaqədar qurumlar Qara çaya atılan tullantıların, çayın çirklənməsi hallarının qarşısını alacaq, acınacaqlı vəziyyətə son qoyacaqlar.

Zahid Hüseynli.


BİA.az
скачать dle 12.1