Bia.Az

Türkiyədə Azərbaycan əleyhinə BƏYANAT

Dünya
 16-08-2023, 17:48     264

Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisi Azərbaycan əleyhinə bəyanat verib.

Musavat.com xəbər verir ki, onların bu bəyanatı “Gercek news” saytında dərc olunub.

Bəyanatda “Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, guya “bölgənin ağır humanitar böhran ərəfəsində olduğu” göstərilib. Burada hətta ermənilərə hansısa “soyqırım” siyasətindən bəhs olunur. Bəyanatın sonunda BMT-dən Azərbaycana qarşı sanksiya tətbiq etmək, hətta hava yolu ilə humanitar dəhliz açmaq tələb olunub.

Bəyanatı imzalayanlar bunlardır:

Abdullah Demirbaş, Abdulhakim Daş, Adnan Canguder, Adnan Çelik, Ahmet Aykaş, Ahmet Konuk, Akın Atauz, Akın Birdal, Alev Er, Aleks Koskeryan, Ali Gokkaya, Ari Günter, Asli Erdoğan, Attila Tuygan, Ayşe Hür, Ayşe Yıldırım, Ayşegül Devecioğlu, Baskın Oran, Bayram Kaya, Celal Baslangıc, Cengiz Aktar, Cengiz Arin, Denis Dreisbusch, Doğan Ozgüden, Emrah Cilasun, Erdal Doğan, Erdogan Kahyaoğlu, Eren Keskin, Ergün Babahan, Erol Ercan, Eser Budak, Esra Müngan, Fatime Akalın, Fikret Başkaya, Garo Kaprielyan, Gencay Gürsoy, Güngör Şenkal, Gürhan Ertur, Hacer Ansal, Hasan Burgucuoğlu, Hatice Yıldız, Hıdır Çelik, Hovsep Hayreni, Huseyin Habip Taşkın, Ibrahim Seven, Inan Gedik, Inci Tuğsavul, Ira Tzourou, Kemal Bilget, Kemal Hür, Kemal Yalçın, Kenan Yenice, Mahmut Konuk, Mehmet Ali Balta, Nafiz Özbek, Necati Abay, Nedim Kibar, Nesim Ovadya Izrail, Nesrin Nas, Nevzat Onaran, Nurcan Baysal, Nurten Kırmızıgül, Okan Kücükersan, Osman Okkan, Oya Baydar, Omer Faruk Gergerlioğlu, Omer Madra, Racho Donef, Ragip Duran, Ragip Zarakolu, Ramazan Gezgin, Recep Marasli, Sait Cetinoğlu, Sait Oral, Selahattin Kocak, Selay Ertem, Selma Kociva, Serdar Kocman, Sibel Yiğittekin, Saban Iba, Sakir Bilgin, Samil Altan, Sanar Yurdatapan, Sukriye Ercan, Taner Akcam, Ülkü Çevik, Viktorya Ciprut, Yalçın Ergündoğan, Yasemin Gedik, Yaşar Küçükaslan, Yavuz Aydın, Yavuz Baydar, Yetvart Danzikyan, Yıldız Aydin, Yusuf Köse, Zarife Atik, Ziya Ozder.

Qeyd edək ki, bunu imzalayanlar arasında erməni soyadları diqqəti cəlb edir. Təbii ki, burada “erməni harda olursa olsun, yenə ermənidir” misalını xatırlamamaq mümkün deyil. Amma onların içində özünə “aydın” deyən, işi, gücü Türkiyə dövlətini də beynəlxalq aləmdə şikayət edən, milli dəyərləri heçə sayan başqa şəxslər də var. Bəziləri PKK terror təşkilatının siyasi qanadı sayılan partiyanın üzvləridir. Onların heç biri bölgəyə səfər edib hadisələri olduğu kimi görməyib. Qarabağda ermənilərin törətdikləri vəhşiliklər haqqında isə “müdrikcəsinə” susublar. Yəni onların bu bəyanatı qətiyyən insan haqlarının müdafiəsi ilə bağlı deyil, sırf Azərbaycan və Türkiyə əleyhinə olsun deyə imzalanmış kağız parçasıdır.скачать dle 12.1