Bia.Az

"Britaniya Azərbaycan əleyhinə qətnamənin qəbuluna veto qoya bilər, çünki..."

Siyasət
 16-08-2023, 17:46     228

"Böyük Britaniya bu gün BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan qətnaməyə veto qoya bilər".
Bu sözləri britaniyalı politoloq Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

nail.jpeg (91 KB)

Politoloq qeyd edib ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bunu edə bilər.

"Məlum olduğu kimi, Böyük Britaniya-Azərbaycan münasibətləri Avropada ən güclü əlaqələrdir və Azərbaycanın haqlı perspektivinə güclü dəstək var", - deyə N.Vatson bildirib.

Politoloq vurğulayıb ki, Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar müraciətinin BMT Təhlükəsizlik Şurasında nəzərə alınacağı ehtimalı cüzidir.скачать dle 12.1