Qatarlarda gediş haqqı artırıldı - RƏSMİ » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:78 / 25 iy 04:25iqtisadiyyat

Qatarlarda gediş haqqı artırıldı - RƏSMİ



Qatarlarda gediş haqqı artırıldı - RƏSMİ















"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti gediş haqqını artırıb.

Bu barədə AZXEBER.COM-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

"Plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq”, - deyə məlumatda qeyd olunub.