Bia.Az

Jurnalist deputatı ÇƏTİN DURUMA SALDI - Bunlar nə yeyirlər... nə içirlər...

Cəmiyyət
 16-08-2023, 11:09     219

 "Deputat İqbal Məmmədovun sualıma cavabı...ikinci sualımı sildi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Məğrur Salmanov status paylaşıb.

Deputat İqbal Məmmədovla "facebook"da dialoqa girən jurnalistin qeydlərindən belə aydın olur ki, hörmətli millət vəkilimiz çətin anlar yaşayıb. Hətta rəsmi qaydada, öz dili ilə qanunları pozduğunu da etiraf edib.

Jurnalist deputatı ÇƏTİN DURUMA SALDI

Görünəni odur ki, "məni öz biznesimi kiməsə bağışlamalı idimmi?" deyə sual edən deputatımız qanunqayıran yerdə otursa da, qanunlardan tam xəbərsizdir.

Oxucu marağına səbəb olacağını güman etdiyimizdən jurnalist Məğrur Salmanovun statusunu təqdim edirik:

"Çox bəsit sual vermişəm. Lerikin problemi ilə bağlı bir dəfə olsun ki, parlamentdə danışmısınız? Və yaxud hansısa problemlə bağlı aidiyyatı qurumlara müraciət etmisiniz? Lerikin elə kəndi var cəmi 5 ailə yaşayır, mal peyni yandırırlar. Hər kənddə 5-10 ailə yaşayır deyə kilometrlərlə qaz çəkmək hökumətə sərf eləmir. "Bir neçə yaxın kəndin birləşməsi təklifini parlamentdə qadırın" deyə xitab eləmişdim. Şərhimi sildi..."

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1