Bia.Az

NƏ BAŞ VERİR: Arayiklə bağlı İrəvanda cinayət işi açılıb... - Sentyabrda istintaqa ifadə verəcək

Dünya
 16-08-2023, 11:05     223

Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan sentyabrda 44 günlük müharibə ilə bağlı Ermənistan İstintaq Komissiyasına ifadə verəcək. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Harutyunyanın İrəvana gələrək, komissiyada canlı ifadə verməsi mümkün görünmür. Çünki o, hazırda Qarabağdadır və oradan çıxarsa, Laçın Sərhəd Buraxılış Məntəqəsində həbs oluna bilər. Ona görə də, Arayikin ifadəsini onlayn verəcəyi gözlənilir.

Amma “Joqovurd” etibar etdiyi mənbələrə istinadən belə bir xəbər də yayıb ki, Harutyunyanın İrəvana gəlməməsi və siyasi hakimiyyətdən narazı qalması onun barəsində açılmış cinayət işi ilə bağlıdır. Qəzet yazır ki, hələ ki, istintaq orqanı bu barədə yekun qərar verməyib. “Ermənistan tərəfi hələ də keçmiş Harutyunyanın müharibədə məğlubiyyətdə rolunun olub, olmadığını dəqiqləşdirməyə çalışır. Əgər komissiya bu qərara gələrsə, Harutyuynyanın həbsi qaçılmaz olacaq”.
скачать dle 12.1