Bia.Az

Şoyqudan Ukrayna ilə bağlı SENSASİON İDDİA

Dünya
 15-08-2023, 13:40     217

"Ukraynanın hərbi resursu demək olar ki, tamamilə tükənib".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən səslənib.

"Hərbi əməliyyatların ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu, demək olar ki, qurtarıb", - deyə Şoyqu fikrini bu cümlə ilə qüvvətləndirib.

Onun sözlərinə görə, ABŞ Ukraynanı dəstəkləmək şüarı altında dünyanın müxtəlif regionlarındakı tərəfdaşlarının hərbi arsenallarını təmizləyir, bunun müqabilində Qərb istehsalı olan texnikanın güzəştli tədarükünü həyata keçirir.

"Əslində, ABŞ hərbi-sənaye kompleksinin məhsulları üçün bazarı təmizləyir. Çünki belə olan halda tərəfdaşlar yeni silahlar üçün Amerikaya çoxlu pul ödəməli və təhlükəsizlik sahəsində suverenliyi məhdudlaşdırmağa razılıq verməli olacaqlar", - deyə Rusiyanın müdafiə naziri qeyd edib.скачать dle 12.1