Bia.Az

Rusiya 100-ə yaxın tacik məhkumu Ukraynaya döyüşə göndərib

Dünya
 15-08-2023, 13:37     204

Rusiya həbsxanalarında cəza çəkən 100-ə yaxın Tacikistan vətəndaşı Ukrayna müharibəsinə göndərilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistanın daxili işlər naziri Ramazon Rahimzoda bəyanat yayıb.

Nazir bildirib ki, Rusiya bu məsələ ilə bağlı Tacikistana məlumat vermir və ölkələr arasında belə məlumatların mübadiləsinə dair razılaşma yoxdur. Açıqlamada müharibəyə göndərilən vətəndaşların taleyindən söz açılmır.

Yerli media qeyd edir ki, Tacikistanda bir məmur ilk dəfədir ki, Rusiya Federasiyasında məhkum olunmuş və Rusiya ordusuna cəlb edilmiş ölkə vətəndaşlarının təxmini sayını açıqlayır.

Bundan əvvəl beynəlxalq media Orta Asiya respublikalarından olan və Rusiya tərəfindən Ukraynadakı müharibə qatılan ən azı 93 vətəndaşın həlak olduğunu iddia edən araşdırma dərc etmişdi. Onlardan 19-nun Qırğızıstandan, 34-nün Özbəkistandan və 40-nın Tacikistandan olduğu yazılırdı. Bu şəxslərin hamısının Rusiya həbsxanalarından birbaşa “Vaqner”in sıralarına işə götürüldüyü qeyd olunur.

Tacikistanın hüquq müdafiəçisi Karimjon Yorov yanvar ayında “Current Time” telekanalına açıqlamasında bildirib ki, Rusiya həbsxanalarında olan taciklərdən və onların qohumlarından onları müharibəyə cəlb etmək cəhdi barədə məlumat verən təxminən 200-250 müraciət alıb. Ümumilikdə, onun sözlərinə görə, Rusiyada 10 minə qədər Tacikistan vətəndaşı həbsdədir.

Tacikistanın Əmək, Miqrasiya və Məşğulluq Nazirliyi fevral ayında bildirib ki, Rusiya həbsxanalarında saxlanılan ölkə vətəndaşları Ukraynaya qarşı müharibədə iştirak etmək üçün özləri müqavilə imzalayırlar.скачать dle 12.1