Bia.Az

BMT ermənilərin “göz yaşları”na inanacaqmı? – Qarabağda acından ölməyə xüsusi istedad lazım!

Gündəm
 14-08-2023, 14:11     233

Ermənistanın Azərbaycanı şantaj etməyə və beynəlxalq birliyinin hədəfinə gətirməyə hesablanmış “Qarabağda humanitar böhran”, “soyqırımı” ağlaşması, daha dəqiqi, anti-Azərbaycan şousu 19-cu günə keçdi. Di gəl, 8 aydır qaldırılan boş hay-küyə rəğmən, Qarabağda hələ bir erməni iti belə acından ölməyib.

Necə ölsünlər ki, bunun üçün minimum şərtlər, “dözülməz şərait” yoxdursa. Haylar kef-damaqlarındadırlarsa, toy-şənliklərindən belə qalmırlarsa? Hansı əsrdə, qapalı dünyada yaşayırıq ki? Belə şeyləri bəşəriyyətdən gizlətmək, hamını barmağına dolamaq mümkünmü? Kimə gəlir bunlar.
Üstəgəl, Ağdam Xankəndi yolu açıq. Amma şırtılığa bax ki, bunun üstündən Ermənistan utanmazcasına BMT Təhlükəsizlik Şurasına (TŞ) “blokada” ilə bağlı müraciət edib - 30 il qətnamələrini yerinə yetirmədiyi bir quruma!..
“Yardımları Xankəndiyə daha sürətli və səmərəli necə çatdırmaq olar? Əlbəttə, Ağdam-Xankəndi yolu ilə. 44 km-lik Bərdə-Ağdam və 65 km-lik Ağdam-Füzuli 4 zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın sutkada 17 000 avtomobil keçirmə qabiliyyəti var”.
Bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında (keçmiş Tviter) yazıb.
Maraqlıdır, görəsən ac adam üçün nə fərqi ki, ona qida məhsulları hansı yolla gətirilir, kim gətirir? Deməli, ağlı və məntiqi yerində olanlar üçün baş verənlərin bir oyun, təxribat olduğu şübhə doğura bilməz. Buna inananlar ya erməni puluna satılan siyasi dələduzlardır, ya əqli problem yaşayanlar, ya da sadəcə, Azərbaycan (Türk) düşmənləri...
“Qarabağ sırf kənd təsərrüfatı rayonudur, burada acından ölmək üçün xüsusi istedad lazımdır”.
Musavat.com xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Minval.az-a söyləyib.
Politoloq fikrini belə izah edib: “Qarabağda tərəvəzçilik, meyvəçilik, heyvandarlıq inkişaf etdirilir - bu, Leninqrad deyil. Bəli, Xankəndi əhalisi üçün bəzi hərəkət məhdudiyyətləri var, ərzaq və dərman təchizatı üçün xarici mənbə yoxdur. Amma bu, Azərbaycanın günahı deyil. Ermənistan indi Qarabağ ermənilərinin “acından ölməsi” ilə bağlı spekulyasiyalar aparır, Xankəndində sıxıntı yaşandığını iddia edir. Bakı isə cavab verir ki, blokada yoxdur, bütün yüklər Ağdam yolundan keçməlidir”.
Zərdüşt Əlizadə:“Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da....  çıxacaq”
Zərdüşt Əlizadə 
Z.Əlizadə hüquqi baxımdan Azərbaycanın mövqeyini qüsursuz sayır: “Mənəvi baxımdan isə biz erməni lobbi və diaspor təşkilatlarına uduzuruq. Çünki ermənilər Qərbin sevimli övladıdır, onları həmişə müdafiə ediblər, bundan sonra da müdafiə edəcəklər. Amma Azərbaycanın da əlində güclü “kozur”lar var və onlardan istifadə etsə, tərəzinin gözünü öz xeyrinə dəyişə biləcək”.
Böyük ehtimalla, belə də olacaq, BMT TŞ keçən ilin dekabrında olduğu kimi, bu dəfə də ermənilərin “göz yaşları”na inanmayacaq. Yaxud müzakirə ediləcək (nəzəri) sənədin yekun mətninə Azərbaycan tərəfinin haqlı tələbi ilə elə düzəlişlər ediləcək ki, sonucda Ermənistan yenə təxribatçı mövqeyindən geri çəkilmək zorunda qalacaq.
Ukrayna Rusiyanın BMT TŞ-dən çıxarılmasını tələb edəcək
Hər necə olmasa, BMT TŞ erməni lobbisinə bağlı konqresmen və senatorların meydan suladığı ABŞ Konqresi deyil! Üstəgəl, TŞ-dəki müzakirələr Bakı-İrəvan sülh danışıqlarında moderatorluq etməyə çalışan iki əsas aktor – ABŞ və Rusiya üçün (qurumda veto hüququ olan 5 daimi üzvdən ikisi) əsl “lakmus kağızı rolunu oynayacaq.
Məntiqlə onlar bölgənin qalib və açar ölkəsi Azərbaycanın inamını itirmək istəmirsə, regionda həqiqətən ədalətli sülh və sabitlik arzu edirsə, o zaman erməni lobbisinin, Ermənistanın dediyi ola bilməz! İrəvanın son dərəcə təxribatçı, yeni müharibə “qoxusu” verən istəyi gözündə qoyulmalıdır! İllah da bu istək tam əsassız, absurddursa və ənənəvi erməni saxtakarlığından mənbə götürübsə, barmaqdan sorulmuş ağ yalandırsa.../Musavat.com/скачать dle 12.1