Bia.Az

Masallı rayon YAP sədrinin sürücüsü intihar etdi

Hadisə
 14-08-2023, 13:48     290

Masallıda YAP sədri Seyfəddin Əliyevin sürücüsü Elman Şahnəzər oğlu Abdullayev xeyli miqdarda uksus içərək intihar edib. Elman Abdullayev ağır vəziyyətdə Semako xəstəxanaaına çatdırılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları intihar hadisəsini gizlətməyə çalışsa da rayon sakinləri E.Abdullayevin xozeyninə etiraz edərək intihar etdiyini bildirirlər.

Qeyd edək ki, YAP sədri Seyfəddin Əliyev də, onun intihar edən sürücüsü də Masallının Çaxırlı kəndindəndir. Yerli sakinlərin sözlərinə görə son vaxtlar onların münasibətlərində ciddi gərginlik olub. S.Əliyev sürücüsünü ağır söyüşlərlə təhqir edirmiş. Elə İntihar hadisəsi də avqustun 9-da  S. Əliyevin sürücüsünü növbəti dəfə təhqir edərək işdən qovacağıyla hədələməsindən sonra baş verib.

Bu məlumatı Turan TV-nin rəhbəri Qənimat Zahid öz FB səhifəsində paylaşıb. Olaya aydınlıq gətirmək üçün YAP-n Masallı Rayon təşkilatının sədri Seyfəddin müəllimə zəng vurduq. Telefon uzun müddət çağırsa da, Seyfəddin müəllim telefona cavab vermədi. Daha sonra onun mühasibi Cəlal Əliyevə zəng çaldıq. Cəlal müəllim öncə bu işdən ətraflı məlumatı olduğunu bildirsə də, sonra əlavə etdi ki, həmin şəxs evlidir, bəzi xəstəliklərlə bağlı problemləri var. Xahiş etdik ki, Seyfəddin müəllimə zəng edib desin ki, bizə zəng etsin olayı aydınlaşdıraq. Lakin hər hansı zəng olmadı. Olayı diqqətdə saxlayırıq. Əlavə məlumat olarsa, paylaşmağa çalışacağıq./Cenub.azскачать dle 12.1