Bia.Az

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Cəmiyyət
 14-08-2023, 13:45     194

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

BİA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.скачать dle 12.1