Bia.Az

Rusiya donanması Türkiyə gəmisinə atəş açdı - VİDEO

Dünya
 14-08-2023, 03:09     224

Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə xarici gəmini dayandırdığını açıqlayıb. Məlumata görə, o, Odessa vilayətinin İzmail limanına gedib.

“Avqustun 13-də Qara dənizin cənub-qərb hissəsində Ukrayna limanına doğru hərəkət edən Palau bayrağı altında üzən “Şükrü Okan” yük gəmisi görünüb. Rusiya hərbi gəmisindən yük gəmisini dayandırmaq üçün avtomatik atıcı silahlardan qabaqlayıcı atəş açılıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, gəmi yoxlandıqdan sonra İzmail limanına doğru hərəkətini davam etdirib.//Baku.tv

скачать dle 12.1