Bia.Az

Gəncənin məşhur iş adamı həbs edilib – AŞURAYA İRANDAN AYƏTULLAH GƏTİRİBMİŞ

Cəmiyyət
 12-08-2023, 19:44     245

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cinayəti çərçivəsində həbs edilənlər arasında iş adamları da var.

Turantv.AZ Gununsesi.info-ya istinadla bildirir ki, Gəncənin Mərkəzi Kolxoz Bazarının şəriklərindən biri olan Ramin Cahangirov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Rusiyada da biznes sahibi olan Emin Cahangirov ittihamları rədd edib.


Yaxınları isə deyir ki, Eminin həbsinə səbəb kimi ötən il Rusiyada təşkil etdiyi Aşura mərasiminə İrandan din alimi dəvət etməsi olub.


“Həbs ediləndə bu görüntülər qarşısına qoyulub və deyilib ki, sən İrana işləyirsən. O bir müsəlman kimi bunu edib, hardan bilsin ki, belə şeyə görə adam tutarlar” deyə yaxınları bildirib.

DİA.AZ-dan: Hər halda, adamın qohumları belə də deməlidir. Amma İrana casusluq edənlərin də buynuzu olmur ki, onları buynuzlarından tanıyalar…скачать dle 12.1