Bia.Az

ÖZÜN KÖMƏK OL, YA RƏBBİM

Siyasət
 28-04-2020, 11:39     411

ÖZÜN KÖMƏK OL, YA RƏBBİMYazılarım gecələr ərsəyə gəldiyi üçün,sakit... gecəmdən istifadə edərək böyük Yaradanıma üz tutub dua edirəm.
Xalqım, millətim, torpağım bir də doğma vətənim üçün...!!!

Ən böyük, Ulu Allahdır,
Allaha şərik günahdır.
Dilimizdə İnşallahdır,
Özün kömək ol, Ya Rəbbim.

Azanları gətir yola,
Dərd eyləmə sağa, sola.
İnsaf eylə, yetim ola,
Özün kömək ol, Ya Rəbbim.

Kasıbları varlılara,
Möhtac etmə pullulara.
Yolun azan insanlara,
Özün kömək ol, Ya Rəbbim.

Qeyrət, namus itib gedir,
El-obada bitib gedir.
Görən baxmır, ötüb gedir,
Özün kömək ol, Ya Rəbbim.

Günahsızı günahlara,
Qatıb atma sabahlara.
Ana, bacı, xanımlara,
Özün kömək ol, Ya Rəbbim.

Əqidəsi pak olana,
Hamıya həmkar olana.
Bu yolda nakam olana,
Özün kömək ol Ya Rəbbim.

Budağımda yarpağıma,
Doğma, əziz torpağıma,
Itirilən Qarabağıma,
Özün kömək ol Ya Rəbbim.

Düşünürəm dərin-dərin,
Hər axşamın, hər səhərin.
Duya bilmirəm səbəbin,
Özün kömək ol, Ya Rəbbim.

Çaylını salma çətinə,
Bağışla sən izzətinə
ƏL-Vahidin səhhətinə,
Özün kömək ol, Ya Rəbbim...

Bakı şəhəri
Bağ evi
Şair ocağı
24.04.2020.

AtaTV.azскачать dle 12.1