Bia.Az

Ukraynalı uşaqlar Şamaxıda - FOTOLAR

Cəmiyyət
 12-08-2023, 15:17     271

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən 30 ukraynalı uşağın Şamaxıya da ekskursiyası həyata keçirilib.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Onlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.
14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı bölgələrə də səfər edərək ölkəmizlə tanış olurlar. Şamaxıdan öncə onların İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiyası təşkil olunub.
Proses uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə həyata keçirilir.
Onlar düşərgə müddətində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər. Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.











скачать dle 12.1