Bia.Az

Niger qiyamçıları: "Xarici müdaxilə olsa, prezidenti öldürəcəyik"

Dünya
 11-08-2023, 14:21     290

Xarici dövlətlər Nigerə müdaxilə edərək Mohamed Bazumun hakimiyyətini bərpa etməyə çalışarsa, prezident ölümlə üzləşəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, belə bir xəbərdarlıq üsyançılar tərəfindən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla danışıqlar zamanı edilib. Nuland Nigerə səfər edib və Bazumun özü ilə görüşmək istəyib, lakin ona icazə verilməyib. Ehtimal olunur ki, Bazum hələ də öz iqamətgahında girov saxlanılır. 

Associated Press-in məlumatına görə, Niameyə səfəri zamanı Nulandla danışıqlarda üsyançıların tərəfini hərbi çevrilişin liderlərindən biri, özünü ölkə ordusunun baş qərargahının rəisi elan edən general Mussa Salau Barma və onun üç polkovnik əməkdaşı təmsil edib.


Nigerdəki üsyankar komitənin sözçüsü Amadou Adraman iyulun sonunda xəbərdarlıq edib ki, ölkəni işğal etməklə Bazumun hakimiyyətini bərpa etmək cəhdləri Nigerdə əhalinin qırğınına və xaosa səbəb olacaq.скачать dle 12.1