Bia.Az

Əli Kərimliyə qarşı məhkəmə İDDİASI

Cəmiyyət
 10-08-2023, 16:48     272

AXCP sədri Əli Kərimli məhkəməyə verilib. Tribunainfo.az bildirir ki, Əliyev Aydın Sədətqulu oğlu Nəsimi rayon Məhkəməsinə müraciət edib. İşə avqustun 10-da hakim Ceyhun Tağıyev sədrlik edib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu hələ 2020-ci ildə “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia həmin vaxt iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.


Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.


AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.скачать dle 12.1