Bia.Az

Azərbaycana “OD”, Avropa və Rusiyaya isə... - 70-ci illərə QAYIDIŞ...

Cəmiyyət
 10-08-2023, 01:17     334

Bir neçə gündür ki, Azərbaycanda normadan artıq isti hava şəraiti müşahidə olunmaqdadır. Ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir.

Azərbaycanda bu cür isti hava şəraiti keçdiyi bir vaxtda Almaniyaya və Rusiyaya qar yağır. Məsələn, bir neçə gün öncə Almaniyaya dolu yağıb. Reutlingen şəhərinə yağan dolu qış fəslini xatırladıb. Bəzi ərazilərə 30 santimetrə yaxın dolu yağıb və nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səlahiyyətlilər küçələri təmizləmək üçün qartəmizləyən maşınlardan istifadə ediblər.
reut.jpg (191 KB)
Ötən gün isə Rusiyanın Maqadan vilayətinə qar yağıb. “RİA Novosti”nin yaydığı məlumata görə, bu yay Maqadan bölgəsinə qar artıq iki dəfə düşüb: iyun və iyul aylarında. Eyni zamanda, isti və quraq havanı əvəz edən qar yağışı bölgəyə qəfil yağır.
Qeyd edək ki, bu cür analoji hadisə Azərbaycanda da baş verib. Belə ki, 2019-cu ildə iyulun 1-də Şahdağa qar yağmışdı. Ötən il də bu ərazidə havanın temperaturu 0 dərəcə düşmüş, 1 sm-lik qar örtüyü əmələ gəlmişdi.
Bəs yayın qızmar çağında niyə qar yağır? Bu, iqlim dəyişikliyidir, yoxsa?..
Mövzu ilə bağlı ekoloq alim Telman Zeynalov Musavat.com-a danışıb.
telman zeynalov.jpg (18 KB)
Ekoloq qeyd edib ki, ötən əsrin 70-ci illərində də Azərbaycanda anomal isti hava şəraiti müşahidə olunub:
“Havada nəmişlik həddindən artıq çoxdur, ona görə də insanlar özlərini pis hiss edirlər. 70-ci illərdə də Azərbaycanda çox isti havalar keçmişdi. Hətta isti 45 dərəcədən yüksək olmuşdu. O zaman Azərbaycanın rəhbəri Heydər Əliyev belə bir təklif irəli sürmüşdü ki, Azərbaycanda insanlar saat 12:00-16:00 arası istirahət etsin, işləməsin, iş yerləri bu saatda bağlı olsun. Çünki açıq havada işləyən insanlar buna dözə bilmirdi. Brejnev isə bununla razılaşmamışdı, amma Heydər Əliyevin digər təklifinə, Bakıda məişət kondisionerləri zavodunun tikilməsinə razılıq vermişdi. Bununla da insanların isti hava ilə bağlı problemi həll olunmuşdu. Yəni isti hava ilə ancaq bu cür mübarizə aparmaq olar. Həmçinin tullantıları idarə etmək, onlardan elektrik, qaz almaq lazımdır. Tullantılar çürüdükcə, karbon qazı yaradır. Karbon qazı da istini udan kimi genişlənir, parnik effekti yaradır.
Daha bir məsələ, karbon qazı əslində istilik deyil, soyuqluq yaradır. Ona görə də havada karbon qazı çox olanda qar yağmağa başlayır, temperatur kəskin azalır”/.Musavat.com/скачать dle 12.1